...

Bakıda 7 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cəmiyyət Materials 25 İyun 2023 17:30 (UTC +04:00)
Bakıda 7 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakı. Trend:

Bakıda 4, 6, 10, 31, 77, 85, 88 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, bu gün saat 23:00-dan iyunun 27-i saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) və iyunun 26-ı saat 23:00-dan iyunun 27-i saat 06:00-dək Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacaq və yolda hərəkət tam məhdudlaşdırılacaq.

Tətbiq edilən məhdudiyyətə uyğun olaraq sözügedən müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti