...

Azərbaycanda dərman qiymətləri ucuzlaşa bilər - Yerli istehsal təşkil ediləcək

Cəmiyyət Materials 7 İyul 2023 11:04 (UTC +04:00)
Azərbaycanda dərman qiymətləri ucuzlaşa bilər - Yerli istehsal təşkil ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd dərman bazarında qiymətlərin optimallaşdırılması və xüsusən də son dövlər qiymətləri yüksələn dərmanlarn qiymətlərində artımın qarşısını almaqdır.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"Problem ondan ibarətdir ki, son dövrlər bir sıra dərmanların qiymətlərində həm artım müşahidə olunurdu, həm də bir növ qıtlıq yaşanırdı. Hətta vətəndaşlarımız bəzi hallarda axtardığı lakin tapa bilmədiyi dərmanları qara bazardan almalı olurdular. Məqsəd o dərmanların satışının leqallaşdırılması və həmin dərmanların təchişzatının apteklər vasitəsilə həyata keçirilməsindən ibarətdir. Sözsüz ki, bu dərmanların, xüsusən də son günlər qiymətlərində artım müşahidə olunan dərmanların qiymətlərinə təsir göstərəck. Müəyyən azalmaların olacağı istina deyil", - deyə o əlavə edib.

V. Bayramov bildirib ki, dərman bazarında qiymətlərin uzun müddətli dövr üçün stabilləşməsi və optiamllaşdırılması, xüsusən də aşağı salınması üçün yerli istehsalın təşkil edilməsinə ehtiyac var.

"Azərbaycan dərman preparatlarına olan tələbin 90 faizindən çoxunu idxal edir. Bu da nəticə etibarilə qiymətlərə təsir göstərir. Xüsusəndə qardaş Türkiyə ilə yerli istehsalı təşkil etmək mümkündür. Yerli istehsalın təşkil edilməsi praktik olaraq dərmanların qiymətlərinin kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Bu istiqamətdə danışıqlar gedir. Daha tez yerli istehsala başlanması həm də daha keyfiyyətli dərmanların olmasına və xüsusəndə dərman qıtlığının ardan qaldırılmasına gətirib çıxara bilər", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti