...

Azərbaycanda sərnişindaşıma üçün yeni buraxılış kartları veriləcək

Cəmiyyət Materials 14 İyul 2023 11:50 (UTC +04:00)
Azərbaycanda sərnişindaşıma üçün yeni buraxılış kartları veriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sərnişindaşımalara görə buraxılış kartları veriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bügünkü iclasında müzakirə edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişkiliyə əsasən, analoq taxoqraf avtonəqliyyat vasitəsınin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasıtəsində quraşdırılan elektromexaniki nəzarət cihazıdır.

Həmçinin dəyişikliyə əsasən, avtomatik rejimdə avtonəqliyyat vasıtəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasıləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində elektron nəzarət cihazı - rəqəmsal taxoqraf quraşdırılıacaq.

Rəqəmsal taxoqraf kartı - sürücünün ış və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kartdır

Bundan başqa qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün buraxılış vəsiqəsi veriləcək.

Buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti