...

Xudayar Yusifzadənin anası oğlunun şəhadətə ucaldığı yerdə (VİDEO)

Cəmiyyət Materials 15 İyul 2023 12:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun doğum günü ərəfəsində onun şəhid olduğu torpaqları ziyarət edib.

Trend xəbər verir ki, övladının son nəfəsini verdiyi, sonuncu mahnısını oxuduğu Zəngilanı, Arazqırağı əraziləri gəzən ana bu torpaqların onun üçün müqəddəs olduğunu deyib.

“Zəngilan mənim üçün özəl yerdir. Çünki mənim övladım son nəfəsini burada verib. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti