...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 24 İyul 2023 12:35 (UTC +04:00)
Sabah hava necə olacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trendə bildirilib ki, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-29° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-17° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti