...

İncəsənət məktəbində 131 min manat yeyinti - Cinayət işi başlandı

Cəmiyyət Materials 27 İyul 2023 16:37 (UTC +04:00)
İncəsənət məktəbində 131 min manat yeyinti - Cinayət işi başlandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Trend xəbər verir ki, bu barədə Ağcabədi Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti