...

Körpələrin ölümünə görə iki həkimə cinayət işi başlandı

Cəmiyyət Materials 1 Avqust 2023 16:05 (UTC +04:00)
Körpələrin ölümünə görə iki həkimə cinayət işi başlandı

Bakı. Trend:

Yeni doğulmuş uşaqların xəstəxanada ölmələri faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, bu barədə Ağdaş Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində ötən il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Qeyd edilib ki, istintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti