...

Ailəmizdən dörd şəhid verdik, bacımın meyiti dəhşətli işgəncələrə məruz qaldı - Meşəli sakini

Cəmiyyət Materials 1 Avqust 2023 18:39 (UTC +04:00)
Ailəmizdən dörd şəhid verdik, bacımın meyiti dəhşətli işgəncələrə məruz qaldı - Meşəli sakini
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Goranboy. Trend:

Vaqif Xaşatryanın qurbanı olan ailələrdən biri də bizim ailəmizdir. Ailəmiz Meşəli soyqırımında dörd şəhid verib.

Bunu Trend-ə Meşəli soyqırımının şahidi olan, hazırda Goranboyda Meşəli köçkün şəhərciyində yaşayan Nəzakət Salmanova deyib.

O qeyd edib ki, bir qardaşı əsir götürülüb:

"Qardaşıma dəhşətli işgəncələr vermişdilər. Bacımın meyiti dəhşətli işgəncələrə məruz qalmışdı. Ağzından qızıl dişini çəkmişdilər. Barmağından üzüyünü kəsib götürmüşdülər. Bacımın uşağının nə günahı vardı? Bunları edən Vaqif Xaçatryandır, onun ətrafındakılardır. O faciəni bizə yaşatdılar, elimizdən, obamızdan didərgin düşdük. Az da olsa, təsəlli tapırıq ki, o tutulub. Tələbimiz odur ki, onu azad etmək yox, onun ətrafındakılar da tutulsun. Çünki onlar qəbirlərə də əzab veriblər. Mən dörd şəhidimdən birinin qəbrini tapıb ağlaya bilmirəm".

Qeyd edək ki, iyulun 29-da 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri ilə birlikdə soyqırımı törədənlərdən biri Vaqif Çerkezoviç Xaçatryan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti