...

Bakı sakini 8 kiloqram narkotiklə tutuldu (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2023 20:06 (UTC +04:00)
Bakı sakini 8 kiloqram narkotiklə tutuldu (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı sakini Bərdədə narkotiklə tutulub.

Trend xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində Bakı şəhəri, Binəqədi rayon sakini Cavadov İlqar Atababa oğlu saxlanılıb.

Həmin şəxsin üzərinə baxış zamanı sellofan torbaya bükülmüş 8 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti