...

Keçmiş məhkum narkotiklə tutuldu

Cəmiyyət Materials 7 Avqust 2023 14:51 (UTC +04:00)
Keçmiş məhkum narkotiklə tutuldu

Bakı. Trend:

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Vasif Balayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 50 ədəd sellofan və kağız bükümdə, eləcə də, 10 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti