...

Təhsil tələbə krediti tam bağışlana bilərmi? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 9 Avqust 2023 13:08 (UTC +04:00)
Təhsil tələbə krediti tam bağışlana bilərmi? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil tələbə kreditinin tam bağışlanması nəzərdə tutulmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq,Təhsil Tələbə Krediti Fondunun Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev deyib.

O qeyd edib ki, sosial növ təhsil krediti almış tələbə normativ təhsil müddətinin bütün semestrlərində əlaçı olduğu halda təhsil tələbə kreditinin 50 faizi bağışlanır.

"Standart növ təhsil krediti almış tələbə normativ təhsil müddətinin bütün semestrlərində əlaçı olduğu halda isə təhsil tələbə kreditinin 25 faizi bağışlanır" - deyə şöbə müdiri əlavə edib.

T. Abdullayev bildirib ki, növbəti illərdə sosial növ təhsil tələbə krediti almaq hüququ olanların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təhlillər aparılır:

"Orada dəyişikliklər ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti