...

Bu vətəndaşlar özəl tibb müəssisələrində pulsuz əməliyyat olunub

Cəmiyyət Materials 9 Avqust 2023 17:11 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun aylarında vətəndaşlara 142 166 göndəriş verilib. Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 55 393 tibbi xidmətdən yararlanıb. Ən çox icra olunan əməliyyat və prosedurlar aşağıdakılardır:

• 18 251-ni oftalmoloji;

• 16 342-ni ürək-damar;

• 12 547-ni invaziv radiologiya xidmətləri;

• 2589-nu uroloji;

• 1727-ni neyrocərrahiyyə üzrə xidmətlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti