...

Qabırrı çayından sel keçib - Faktiki hava

Cəmiyyət Materials 25 Avqust 2023 22:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 21:00-a olan məlumatına əsasən Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Quba, Xaçmaz, Qusar, Şahdağ, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Şəki, Qəbələ, Xınalıq, Ağstafa, Tovuz, Ceyrançöl, Goranboy, Naftalan rayonlarında, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin mətbuat xidmətindən bildirilib.

Samux rayonu Qabırrı Kəsəmən məntəqəsində fasilələrlə yağan leysan yağış nəticəsində saat 20:00-da çaydan sel keçmişdir.

Cənub-şərq küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 22 m/s-dək güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti