...

Moskva Dövlət Universitetinin Bakı Filialı vakansiyalar elan edir

Cəmiyyət Materials 1 Sentyabr 2023 17:15 (UTC +04:00)

Bakı. Trend:

Moskva Dövlət Universitetinin Bakı Filialı Baş mühasib vakansiyası elan edir.

İş barədə məlumat:

• Əməkdaşların və ezamiyyətə gələn mütəxəssislərin əmək haqqlarının və ödənişlərinin hesablanması;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətləri yerinə yetirmək;
• Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;
• Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsi;
• Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət etmək;
• Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;
• Vergi və audit yoxlamaları zamanı məlumatları düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali (Maliyyə, Mühasibat uçotu və audit kimi oxşar ixtisaslar)
• Təcrübə: Mühasib kimi minimum 5 il təcrübə (ali təhsil müəssisələrində
çalışanlara üstünlük veriləcəkdir)
• Yaş : 30 – 50
• Proqramlar: 1 C və MS Office
• Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 15.09.2023-cü il tarixinədək göndərə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti