...

Sertifikatlaşdırma imtahanının nəticələri AÇIQLANIB

Cəmiyyət Materials 2 Sentyabr 2023 11:35 (UTC +04:00)
Sertifikatlaşdırma imtahanının nəticələri AÇIQLANIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün keçirilmiş sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib.

Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarında 2 154 müəllim iştirak edib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, müəllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.

Xatırladaq ki, avqustun 29-da ötənilki sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, avqustun 31-də isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün imtahan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti