...

Bakıda daha bir maşın yandı

Cəmiyyət Materials 4 Sentyabr 2023 11:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda maşın yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, bu gün Abşeron rayonunun Xırdalan şəhərində "Hyundai” markalı, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Honda” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti