Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən innovasiya ekosisteminin inkişafına töhfə verən potensial iştirakçıları təşviq etmək məqsədilə “IDDA Awards” müsabiqəsi keçiriləcək.
Trend Agentliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq və bu sahəyə olan marağı artırmaqdır.
Qeyd edək ki, builki müsabiqədə əlavə 5 nominasiya olmaqla cəmi 13 nominasiya yer alacaq.
Azərbaycanın innovasiya ekosisteminin bütün oyunçuları bu müsabiqədə iştirak etməyə dəvət olunur.