Bakı. Trend:
Bu gün Xaçmazda ağır yol-nəqliyyat hadisəsi olub.
Trend xəbər verir ki, gecə saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" və "KamAz" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.