...

Əli çox vətənpərvər insan idi - Şəhidin qardaşı

Cəmiyyət Materials 11 Sentyabr 2023 17:24 (UTC +04:00)
Əli çox vətənpərvər insan idi - Şəhidin qardaşı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qardaşım Əli çox vətənpərvər oğlan idi.

Bunu Trend-ə açıqlamasında otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən Əli Hüseynovun qardaşı Müşfiq Hüseynov deyib.

O bildirib ki, Füzuli rayonu ərazisində 1993-cü ilin avqustun 7-də itkin düşüb.

"Ondan sonra nə qədər axtardıq tapa bilmədik. Torpaqlarımız işğaldan azad ediləndən sonra Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qardaşım çox vətənpərvər insan idi. Artıq bir ziyarət yerimiz var. Döyüşlərdə böyük şücaət göstərib. Onun qisməti bu idi ki, vətən uğrunda şəhid olsun", - deyə o, qeyd edib.

Qeyd edək ki, otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti