...

30-a qədər dövlət bizə silah alışı üçün müraciət edib - Nazir

Cəmiyyət Materials 27 Sentyabr 2023 12:05 (UTC +04:00)
30-a qədər dövlət bizə silah alışı üçün müraciət edib - Nazir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ildən sonra Azərbaycan istehsalı olan silahlara tələb artıb. Bunun da əsas səbəbi bizim tarixi zəfərimiz oldu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

"30-a qədər dövlət bizə silah alışı üçün müraciət edib və bu say artmaqdadır. ABŞ də bizdən silah alır", -deyə o, əlavə edib.

Nazir onu da qeyd edib ki, Qarabağ bölgəsində lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu unikal hərbi əməliyyat keçirərək tarixi qələbə qazanıb. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar, tətbiq etdiyi müasir silahlar bu gün dünyanın qabaqcıl hərbi instutlarında öyrənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti