...

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadıldı

Cəmiyyət Materials 29 Sentyabr 2023 17:42 (UTC +04:00)
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadıldı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Daxil olmuş müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.

Trend xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti oktyabrın 10-u saat 23:59-dək uzadılıb.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti