...

YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2023 14:20 (UTC +04:00)
YAP Xətai rayon təşkilatının  yeni ərazi partiya təşkilatı yaradılıb (FOTO)

Bakı. Trend:

Oktyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Vunq Tau 2 ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Bununla əlaqədar keçirilən tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın davamlı uğurlarından geniş bəhs edib.

Bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin geniş təhlilinə və gənc nəslə çatdırılmasına imkanlar yaradır.

Son 20 ilə yaxın dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə tarixə yazıldı. Üç il bundan öncə bugünkü günlərdə Azərbaycan xalqı hər an, hər saniyə Müzəffər Ali Baş Komandan İlham Əliyevdən işğal altında olan şəhərlərimizin, kənd və qəsəbələrimizin düşmən tapdağından azad olunması müjdəsini gözləyirdi.

Azərbaycan Ordusu 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Bu gün azad olunmuş torpaqlarımız dirçəliş dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev bütün azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasını qarşıya əsas vəzifə kimi qoyur. Təbii ki, bu uğurlarımızda cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının öz payı vardır.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi hər bir qərar, irəli sürdüyü təşəbbüs Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar, həmin ilin sonunda günümüzün əsas çağırışlarını özündə ehtiva edən yeni Proqramın təsdiqlənməsi gələcək üçün müəyyənləşdirilən hədəflərin reallığa çevrilməsinə böyük stimul oldu. Partiyanın hər bir rayon təşkilatı üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səylərini daha da artırır, bütün qüvvə və bacarığını səfərbər edir.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra təşkilati məsələyə baxılıb. Bətulə Məmmədova YAP Xətai rayon təşkilatı Vunq Tau 2 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Gülnar Həsənova isə sədr müavini seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti