Bakı. Trend:
Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Rayonun Polis İdarəsinin rəisi Ədalət Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə Şəhid olmuş kapitan Hüseynli Türkay Nizami oğlunun İkinci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş sağlığı veriblər.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın
azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli
oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi
üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli
Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda"
medalı, döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı
qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu
ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay
Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif
edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda
aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin
24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli
ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif
edilib.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid
ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri
diləmişdir. Şəhidin valideynləri cənab prezidentə və Mehriban
xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz
minnətdarlıqlarını bildirmişlər.