...

Xərçəng xəstəsi göbələk infeksiyasına görə müalicə olunub - Culfada ölümlə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 9 Oktyabr 2023 14:58 (UTC +04:00)
Xərçəng xəstəsi göbələk infeksiyasına görə müalicə olunub - Culfada ölümlə bağlı cinayət işi başlandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Culfa rayonunun Gülüstan kənd sakini yanlış diaqnoz səbəbindən ölüb.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Prokurorluğunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, “Naxçıvan Muxtar Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji Mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı toplanmış sübutlara əsasən, Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də, sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti