...

Surinamlı nazir Bakı Ali Neft Məktəbində (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2023 11:55 (UTC +04:00)
Surinamlı nazir Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Orinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusunu gəzən, dərs zamanı tələbələr və müəllimlərlə görüşən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Bu görüşün baş tutmasına görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə xüsusi təşəkkürünü bildirib.

Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Surinamdakı Anton de Kom Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Elmar Qasımov bildirib ki, tam ingilisdilli ali təhsil müəssisəsi - Bakı Ali Neft Məktəbində tədris istehsalatla inteqrasiya şəklində həyata keçirilir. Ölkədə ən yüksək keçid balı qeydə alınan ilk 5 ixtisasın 4-ü BANM-in ixtisasıdır. S

Sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Elmar Qasımov Bakı Ali Neft Məktəbində surinamlı tələbələrin təhsil almasını təklif edib.

Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Ori burada yaradılan şəraiti və tədris mühitini çox yüksək qiymətləndirib. Surinamlı nazir bir neçə istiqamətdə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb. Nazir qeyd edib ki, ölkəsində hələ yeni olan neft-qaz sənayesinin inkişafında Bakı Ali Neft Məktəbi önəmli rol oynaya bilər. Görüşdə Surinamdakı Anton de Kom Universitetində Neft-qaz mühəndisliyi ixtisasının yaradılmasında Bakı Ali Neft Məktəbinin dəstək verəcəyi vurğulayıb.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Oriyə “Fəxri qonaq“ plaketini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti