Bakı. Trend:
Fransanın son zamanlar Cənubi Qafqazla bağlı siyasətini ifşa etmək üçün tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, biz bunu edirik.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, bu vəsilə ilə ötən gün ölkəmizdə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirildi.
“Həmin konfransın iştirakçıları ilə Milli Məclisdə də görüş
keçirildi. Biz onlara öz dəstəyimizi bildirdik.
Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək həmin o
əraziləri öz işğalı altında saxlayır. Biz bu zülmə qarşı həmin o
xalqların səsinə səs verməliyik.
Biz ən azı ritorika səviyyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik. Fransa BMT-nin daimi üzvü olmağa layiq deyil. Bununla bu ölkə beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermir, əksinə təhlükə yaradır", - deyə deputat əlavə edib.