...

Bakıda bu şəxslərə xəbərdarlıq edildi (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2023 16:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlardan daxil olan müraciətlər əsasında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçə ticarəti, antisanitariya, çirkab suların küçəyə axıdılması və digər hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O qeyd edib ki, tədbirlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, həmçinin, iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları polis əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

"Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti