...

Türkiyə UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib

Cəmiyyət Materials 22 Noyabr 2023 23:05 (UTC +04:00)
Türkiyə UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2023-2027-ci illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

Nazir bildirib ki, Türkiyə Fransanın paytaxtı Parisdə təşkil olunan “İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası” sessiyasında keçirilən səsvermə ilə komitəyə üzv seçilib.

"Türkiyə dördillik üzvlük müddətində Ümumdünya İrs Anlaşmasının idarəetmə orqanı olan və ildə bir dəfə toplanan Ümumdünya İrs Komitəsi iclaslarında komitənin digər üzvləri ilə birlikdə Ümumdünya İrs Siyahısına namizədlərlə əlaqədar qəraralma prosesində söz sahibi olacaq. Ölkəmiz 1983-1989 və 2013-2017-ci illərdə UNESCO-nun Ümumdünya İrs Komitəsində olub", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti