Bakı. Trend:
Bütün Laçınlılara Laçında xoşbəxt, firavan yaşamağı arzulayıram.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Muradov Bəxşayiş deyib.
Onun sözlərinə görə, Laçını 7 yaşında tərk edib. Uşaqlıq xatirələrini hər gün özü üçün canlandırır. İndi isə hər gün Laçına qayıtmağı düşünür. Hazırda isə öz növbəsini gözləyir.
"Allah Prezidentimizi, qəhrəman ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Laçın şəhərinə 17 ailə - 63 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.