...

Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2023 10:10 (UTC +04:00)
Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə verilən xəbərə görə, Agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.

Qeyd olunan nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti