...

Bolqarıstanda “Heydər Əliyev - 100” kitabının təqdimatı və konsert proqramı keçirildi (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2023 18:58 (UTC +04:00)
Bolqarıstanda “Heydər Əliyev - 100” kitabının təqdimatı və konsert proqramı keçirildi (FOTO)

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının (AR) Bolqarıstandakı səfirliyinin təşəbbüsü və AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə birgə əməkdaşlıqda Bolqarıstanın Yazıçılar Ittifaqı tərəfindən Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məqalələr toplusundan ibarət bolqar dilinə tərcümə olunmuş və nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə giriş sözü ilə açan AR-in Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yüksək liderlik qabiliyyətlərinə malik olan görkəmli siyasi xadim, müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin Azərbaycan dövləti və xalqına həsr etdiyi həyatı və fəaliyyəti barədə məlumat vermiş, onun rəhbərliyi altında siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi uzaqgörən siyasət və səmərəli islahatlar nəticəsində çağdaş Azərbaycan dövlətçiliyinin əsasını qoyduğunu qeyd edib.

Səfir 1990-cı illərdə tarixinin ən çətin dövrlərindən birini yaşayan, bir tərəfdən erməni təcavüzü nəticəsində ərazilərin işğalı və 1 milyon əhalisinin yurdundan didərgin salınmasına, digər tərəfdən isə daxili siyasi çaxnaşmalar və iqtisadi böhrana məruz qalan Azərbaycanın yalnız Heydər Əliyevin xalqın müraciətini yerdə qoymayaraq siyasi hakimiyyətə qayıdışı və böyük fədakarlığı nəticəsində dağılmaqdan xilas olduğunu və gələcək qüdrətli dövlətin əsaslarını qoyduğunu vurğulayıb.

Bolqar dilinə tərcümə olunmuş “Гейдар Алиев 100” adlı kitab Ulu öndərin müasir Azərbaycanın elmi, mədəniyyəti, dili, mənəviyyatı, dövlətçiliyi, xarici siyasəti, hüquq sistemi, multukulturalizm ənənələri, enerji strategiyası və iqtisadi inkişafında sərgilədiyi misilsiz xidmətləri və yeritdiyi müdrik dövlət siyasəti barədə Azərbaycan və Bolqarıstanın elm xadimləri, aparıcı mütəxəssisləri və siyasətçilərinin yazı və məqalələrindən ibarət toplu şəklində hazırlanıb. Yeni ərsəyə gətirilmiş kitab tədbir iştirakçıları arasında böyük marağa səbəb olub. Kitabın Bolqarıstanın aidiyyəti elmi-tədqiqat müəssisələri, elmi və ictimai kitabxanaları, habelə ali təhsil müəssisələrində geniş paylanılması nəzərdə tutulur.=

Bolqarıstan Respublikasının dövlət xadimləri, tanınmış siyasətçiləri, parlament üzvləri, ictimai-siyasi xadimləri, incəsənət və media nümayəndələri, diplomatik korpusun üzvləri, habelə Azərbaycan diasporu üzvlərinin iştirakı ilə keçirilmiş tədbir dünya miqyasında tanınmış sənətçilər – AR-in əməkdar artisti Rain Sultanov (saksofon), əməkdar artist Şahin Növrəsli (royal), Aleksey Miltix (violonçel) və Fadhel Boubaker (ud) ifasında rəngarəng milli və dünya sənət nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Virtuoz sənətçilərin çıxışı yerli və xarici dinləyicilər tərəfindən yüksək maraq və coşqu ilə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti