...

Azərbaycanda illik inflyasiya AÇIQLANDI

Cəmiyyət Materials 11 Dekabr 2023 12:13 (UTC +04:00)
Azərbaycanda illik inflyasiya AÇIQLANDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib. 10 aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 1,5% bəndi azalıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvarnoyabr aylarına nisbətən 109,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4%, qeyri-ərzaq məhsulları üzrə 108,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6% təşkil edib.

2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən 102,6% təşkil edib.

Xəbər lenti

Xəbər lenti