...

Soyuq hava şəraitində insanın immun sistemi zəifləyir - SN

Cəmiyyət Materials 13 Dekabr 2023 15:12 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məlumdur ki, günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

G.İsmayılovanın sözlərinə görə, soyuq havalara viruslar daha çox davamlı olduqlarından payız, qış fəsillərində virus və kəskin respirator xəstəliklərinin sayı artır.

“Bundan başqa soyuq hava şəraitində insanın immun sistemi zəifləyir. İmmun sisteminin zəifləməsi səbəblərindən biri də qışda insanların meyvə-tərəvəzdən daha az istifadə etməkləridir”,- deyə o əlavə edib.

Terapevt bildirib ki, xəstəlikdən qorunmaq üçün isə, gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti