...

Bakıda taksi səfərlərinin sayı 14% azalıb

Cəmiyyət Materials 18 Dekabr 2023 11:44 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda taksi səfərlərinin sayı təqribən 14% azalıb.

Trend bazar ertəsi xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.

"Taksi sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təqribən 14% azalıb. Qısa məsafədə səfərlərin azalması nəticəsində bu gün gedişlərin orta məsafəsi 8,5 km-dən 10 km-dək artıb. Avtobuslarla gündəlik daşınmaların sayı 100 min gediş artaraq 1,6 milyona çatıb", - deyə o qeyd edib.

R.Hümmətovun sözlərinə görə, vətəndaşlara göstərilən xidmət səviiyyəsinin yüksəldilməsi üçün taksi sürücüləri təlimə cəlb olunub.

"Bugünədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən təlim üçün 14 mindən çox sürücü müraciət edib. Bunlrın 11 mindən çoxu təlimdə iştirak edib. Lakin bu, problemin tam həlli deyil. Gələn ilin əvvəlində taksi avtomobillərinə yeni texniki tələblər şamil olunacaq. Hazırda tələblərin təsdiqlənməsi yekun mərhələdədir", - deyə o əlavə edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 1,366 milyard nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Qeyd olunan dövrdə sərnişinlərin 94,6 faizi avtobuslarla, 5,4 faizi isə taksi və digər özəl daşıyıcılarla daşınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti