...

Sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıqlar gedir

Cəmiyyət Materials 20 Dekabr 2023 13:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Gələn ildən TƏBİB tabeçiliyində fəaliyyət göstərən Yeni Klinikada sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıqlar gedir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, ilkin mərhələdə 25 xəstəlik çarpayı fondu olan şöbə nəzərdə tutulub.

"Bilirsiz ki sümük iliyi transplantasiyasında sterillik çox önəmli məsələdir. Şöbələr tam olaraq keyfiyyətli xidmət göstərilməsi üçün sterilizasiya mühitə çevrilməlidir. Sümük iliyi transplantasiyası keçirən pasiyentlər bu şöbələrdə uzun müddət yatış etməlidirlər. Bu istiqamətdə biz beynəlxalq ekspertlərlə, sümük iliyi transplatasiyasını icra edən dünyanın ən qabaqcıl tibb müəssisələri ilə danışıqlar aparır, onların təcrübələrini öyrənirik.

Bundan başqa Səhiyyə Nazirliyinin dəstəyi ilə həm onların, həm də TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan bir qrup həkim eləcə də orta tibb işçisinin bu istiqamətdə biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlərə göndərilməsi həyata keçirilir. Onlardan bir qrup artıq təlimlərə cəlb edilib, digər bir qrupun da gələn il təlimlərə cəlb edilməsi gözlənilir”,- deyə o bildirib.

V.Qurbanov əlavə edib ki, ilkin mərhələdə çətinliklər ola bilər, lakin biz buna hazırıq.

"Çox güman ki gələn il ərzində Yeni Klinikada ilk sümük iliyi transplantasiyası həyata keçiriləcək. İlkin mərhələdə 25 xəstə üçün çarpayı fondu olan şöbə nəzərdə tutulub. Lakin proseslərə başlanıldığını sonra həmin şöbələrin və çarpayı fondunun genişləndirilməsi hıyata keçiriləcək",- deyə V.Qurbanov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti