...

ÜST rəhbəri maskalardan istifadə etməyi və peyvənd olunmağını tövsiyə edib

Cəmiyyət Materials 6 Yanvar 2024 02:23 (UTC +04:00)
ÜST rəhbəri maskalardan istifadə etməyi və peyvənd olunmağını tövsiyə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkələrdə artan xəstəliklər səbəbindən COVID-19 və qripə qarşı qoruyucu maskalardan və peyvəndlərdən istifadəni davam etdirməyi tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə ÜST-nin baş direktoru "X" sosial şəbəkəsində yazıb.

"Yoluxma riskini azaltmaq üçün maskalardan istifadə etməyə davam edin, [otaqları] havalandırın və [sosial] məsafəni qoruyun. Həmçinin sizin və yaxınlarınızın COVID-19 və qripə qarşı peyvənd olunduğundan əmin olun", - deyə o bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, “bir neçə həftədir ki, bir çox ölkələrdə COVID-19 <...> və digər patogenlər səbəb olduğu tənəffüs yoluxucu xəstəliklərin sayında artım müşahidə olunub". ÜST bu tendensiyanın bir müddət davam edəcəyini hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti