...

Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs SAXLANILDI

Cəmiyyət Materials 22 Yanvar 2024 17:00 (UTC +04:00)
Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs SAXLANILDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan şəxs tutulub.

Trend DİN-ə istinadən xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmir yolu vağzalının ərazisində 2002-ci il təvəllüdlu Vüsal Nəcəfəliyev saxlanılıb.

Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı V. Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti