...

Bibiheybətdə yük maşını vuran qadının SON VƏZİYYƏTİ

Cəmiyyət Materials 1 Fevral 2024 15:09 (UTC +04:00)
Bibiheybətdə yük maşını vuran qadının SON VƏZİYYƏTİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 06:26 radələrində Bibiheybət ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib.

"Hadisə nəticəsində bir qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda Təcili yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır", - deyə qurumdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti