Bakı. Trend:
Cari ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə
məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və
qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.
Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə
atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması
üzrə tapşırıqlar icra olunub.
Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının
təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması
məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə
yetirilib.