...

İçməli su itkilərinin həcmi açıqlandı

Cəmiyyət Materials 28 Fevral 2024 13:45 (UTC +04:00)
İçməli su itkilərinin həcmi açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il bizim içməli su itkilərimiz 39% olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Agentlik sədri bildirib ki, suvarma sitemlərində su itkiləri 50%-dən çoxdur.

“Son dörd ildə içməli su itkisini 44%-dən 39%-ə endirmişik. Amma 39% qürur duyacaq bir rəqəm deyil. İçməli su sitemləri üzrə dünyada ideal rəqəm 10%-in altındadır. Önümüzdəki 10 ildə içməli su itkilərimizi 20%-ə salaraq 2050-ci ilə qədər də 10%-dən aşağıya endirməyi hədəfləyirik.

Türkiyədə suvarma sistemlərində itki 65%, içməli suda 30%-dir. Əslində, bizim 35 milyard su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq və suyun səmərıəsiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burada şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti