Bakı. Trend:
Milli Məclisin Regonal məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.
Trend-in məlumatına görə, komitəsinin bu gün keçirilən iclasında
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Abşeron
rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə
çıxarılır.
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv
edilməsi haqqında” Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə
sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son
2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının
sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan
sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər
nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə
birləşdirilir.
və “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi “Şəfəq” qəsəbəsi adlandırılması təklif edilir.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.