Bakı. Trend:
Paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən 62 yol-nəqliyyat hadisəsi olub. Bu qəzalar nəticəsində ölənlərin sayı 25, xəsarət alanların sayı isə 46 nəfər olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.