...

Cari ildə neçə tələbə akademik məzuniyyətdə olub? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 7 Mart 2024 11:48 (UTC +04:00)
Cari ildə neçə tələbə akademik məzuniyyətdə olub? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzləşmiş informasiya sistemində əks olunan məlumatlara əsasən, cari ildə akademik məzuniyyətdə olan tələbələrin ümumi sayı 8294-dür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmət 4452 nəfər, ailə vəziyyətinə görə 1247 nəfər, səhhətinə görə 302 nəfər, sosial məzuniyyət 248 nəfər, müxtəlif proqramlar əsasında xarici ölkələrdə təhsil görə 176 nəfər, digər səbəblərdən 2045 nəfər akademik məzuniyyətdədir.

Həmçinin, bildirilib ki, məlumatlar orta ixtisas, ali təhsilin bakalavriat və magistratura səviyyələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti