...

İslamofobiyaya qarşı qanunla müəyyən tədbirlər görülür - İƏT nümayəndəsi

Cəmiyyət Materials 8 Mart 2024 10:48 (UTC +04:00)
İslamofobiyaya qarşı qanunla müəyyən tədbirlər görülür - İƏT nümayəndəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya dünyada geniş vüsət alıb.

Trend xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Dodik Ariyanto "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“İslamofobiyaya qarşı qanunla müəyyən tədbirlər görülür. BMT-nin islamofobiyaya qarşı qəbul etdiyi qətnamələr ayrı-seçkiliyə, zorakılığa qarşı atılan mühüm addımlardandır. İslamofobiya qlobal çağırışlar aspektində danılmaz bir faktdır. Bu fenomenə qarşı mübarizə fərqli cəbhələrdə aparılmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Xəbər lenti

Xəbər lenti