...

Bakı-Sumqayıt arasında metro stansiyasının tikilməsi TƏKLİF EDİLİB

Cəmiyyət Materials 11 Mart 2024 11:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə Bakı-Sumqayıt arasında metro stansiyasının tikilməsi təklif edilib.

Trend-in məlumatına görə, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, Bakı-Sumqayıt arasında metrostansiya tikilməsi yaxşı olardı.

“Bundan əlavə, Lökbatana metro stansiyasının çəkilməsi də faydalı olardı”, - deyə F.Ağamalı bildirib.

O təklif edib ki, eyni zamanda Sədərək bazarı tərəf ən çox tıxac ola yerdir.

“Ona görə də Lökbatan tərəfə də metro salınsın. Ümumiyyətlə Bakıda sıxlıq çox olan ərazilərə metrostansiyası salınsa, yaxşı olar”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti