...

Yaşa görə aylıq müavinət alanların sayı AÇIQLANIB

Cəmiyyət Materials 15 Mart 2024 13:05 (UTC +04:00)
Yaşa görə aylıq müavinət alanların sayı AÇIQLANIB
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin fevral ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 147 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən xəbərə görə, onların 29,1%-ni kişilər, 70,9%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası üzrə yaşa görə aylıq sosial müavinət alanların sayı 142 min nəfərə yaxın olub.

Onların 27,0%-ni kişilər, 73,0%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti