...

Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtı

Cəmiyyət Materials 16 Mart 2024 00:50 (UTC +04:00)
Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtı

Bakı. Trend:

Bu gün Ramazan ayının altıncı günüdür.

Trend xəbər verir ki, imsak vaxtı 05:25, iftar isə 19:03-ə təyin olunub.

İmsak duası:

Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.

Tərcüməsi:

İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti