...

TikTok-un Azərbaycan seqmentindəki yeni şərtlərlə bağlı məlumatlar həqiqətdir? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 20 Mart 2024 14:05 (UTC +04:00)
TikTok-un Azərbaycan seqmentindəki yeni şərtlərlə bağlı məlumatlar həqiqətdir? - RƏSMİ AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

TikTok Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

"Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir", - şirkətdən deyilib.

Qeyd edək ki, bundan əvvəl TikTok-un Azərbaycan seqmentində yeni şərtlərin olacağı bildirilib. Belə ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi vasitəsilə həyata keçiriləcək və TikTok istifadəçisinin hesabına daxil olan jetonlar vergi ödənilməklə rəsmi olaraq çıxarıla bilər.

Bundan əlavə, milli dəyərlərə zidd olan məzmunun bloklanacağı qeyd edilib. Qeyri-adekvat davranan istifadəçilər xüsusi nəzarətə götürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti