...

İtkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq - Əli Nağıyev

Cəmiyyət Materials 28 Mart 2024 09:56 (UTC +04:00)
İtkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq - Əli Nağıyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur.

Trend xəbər verir ki, bunu DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.

O bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır.

"Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilib, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub.

Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcək", - general-polkovnik Əli Nağıyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti