...

Dövlət Proqramına hər il 400 nəfərədək gəncin qəbulu nəzərdə tutulur

Cəmiyyət Materials 2 Aprel 2024 10:34 (UTC +04:00)
Dövlət Proqramına hər il 400 nəfərədək gəncin qəbulu nəzərdə tutulur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Proqramına hər il 400 nəfərədək gəncin qəbulu nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş zamanı deyib.

O qeyd edib ki, onlardan 80-i bakalavriat, 320-nin magistratura təhsili alması nəzərdə tutulub.

“İndiyədək 752 tələbə proqram çərçivəsində təhsil almaq şansı qazanıb.

Proqram çərçivəsində 15 prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq mümkündür. Top 5 olan ixtisaslara isə informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat, təhsil daxildir”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün “2022-2026-cı illər üçün Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) ilk məzunları ilə görüş və Karyera Sərgisi keçirilib. Sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunlar tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb.

Xəbər lenti

Xəbər lenti